Ermənistan Minsk Qrupunun ləğvi ilə bağlı… - Baqdasaryan

Ermənistan Minsk Qrupunun ləğvi məsələsi ilə bağlı ATƏT-ə müraciət etmək niyyətindədir.

Gununsesi.info xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan sosial şəbəkələrdə yazıb.

“Ermənistan ATƏT-ə Minsk Qrupunun ləğvi məsələsi ilə bağlı müraciət etmək imkanını nəzərdən keçirir”, – o qeyd edib.

N.Baqdasaryan Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və sülh sazişi imzalamaqla bunu təsdiqləməyə hazır olduğunu bildirib.

Gununsesi.info