Ermənistan Müdafiə Nazirliyi İrəvanın 2024-cü ildə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) təlimlərində iştirakı məsələsinə münasibət bildirib.
Gununsesi.info xəbər verir ki, bu barədə Ermənistan mediası xəbər yayıb.
“KTMT-nin təlimlərində iştirak məsələsi təşkilatın hər bir üzvü tərəfindən birbaşa təlimlərin elan edilməsi mərhələsində həll olunur”, – deyə məlumatda bildirilib.
2023-cü ilin noyabrında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Birləşmiş Qərargahının ovaxtkı rəisi, general-polkovnik Anatoli Sidorov 2024-cü ildə KTMT-nin Qazaxıstan və Qırğızıstanda təlimlərinin keçiriləcəyini bildirib. Xüsusilə Qırğızıstanda Kollektiv Çevik Hərəkət Qüvvələri, Qazaxıstanda isə sülhməramlı qüvvələrlə təlimlər planlaşdırılır.
Xatırladaq ki, Ermənistan 2023-cü il oktyabrın 9-13-də Qırğızıstanda keçirilən KTMT-nin “Sarsılmaz qardaşlıq” hərbi təlimlərində iştirakdan imtina edib. Ermənistan rəhbərliyi də təşkilatın iclaslarında iştirak etmir.
Gununsesi.info