Ermənistan müharibəyə hazır olmalıdır: 16-20 martda…

Ermənistan ehtimal olunan müharibəyə hazırlıq aparmalıdır.

Gununsesi.info xəbər verir ki, bunu ölkənin müdafiə nazirinin müavini Arman Sarkisyan parlamentdəki brifinqdə deyib.

HTML tutorial

Onun sözlərinə görə, hazırda heç kim birmənalı olaraq yeni müharibə olacağını deyə bilməz. Amma müharibə başlayacağı təqdirdə dövlət bütün lazımi tədbirləri görməlidir: “Son 30 ilin tarixini nəzərə alaraq hər saniyə müharibəyə hazır olmalıyıq. İndi bu məsələni səsləndirməyə və çaxnaşma yaratmağa ehtiyac yoxdur”.

 

Yerablur Memorial Kompleksində Ordu Günü (28 yanvar 2020).  İrəvan

Qeyd edək ki, Azərbaycanda başlayan, Ermənistanda da planlaşdırılan hərbi təlimlər sosial şəbəkələrdə aktiv müzakirə olunur. Azərbaycan 15-18 mart tarixlərində 10 minlik şəxsi heyətin qatılacağı genişmiqyaslı əməliyyat-taktiki təlimlər keçirməyi planlaşdırır. Ermənistan isə 2021-ci ildə silahlı qüvvələrin hazırlanması planına uyğun olaraq, martın 16-20-də keçiriləcək təlimlərə hazırlaşır. Təlimlərə, təxminən 7,5 min zabit, 200-ə yaxın raket və topçu, 150 tank əleyhinə sistem, 100-ə yaxın zirehli texnikaçı, 90 hava hücumundan müdafiə bölməsinin üzvləri qatılacaq.

Gununsesi.info