Ermənistan müxalifəti prezidentə ŞƏRT QOYDU

Ermənistan müxalifətinin yaratdığı “Vətənin xilası uğrunda hərəkat” ölkədə mövcud vəziyyəti stabilləşdirmək üçün prezident Armen Sarkisyanla görüşə hazırdır.

Gununsesi.info “Sputnik Ermənistan”a istinadla xəbər verir ki, bu barədə “Daşnaksutyun” Partiyasının nümayəndəsi, hərəkatın əlaqələndiricisi İşxan Saqatelyan bildirib.

HTML tutorial

“Hərəkatın üzvləri yalnız Nikol Paşinyanın istefasına dair yol xəritəsini müzakirə etmək üçün prezident, baş nazir və parlament fraksiyaları ilə görüşə hazırdır”, – deyə Saqatelyan bildirib.

Onun sözlərinə görə, baş nazirin istefasından sonra erkən parlament seçkiləri keçirilənə qədər müvəqqəti hökumət qurulmalıdır.

Gununsesi.info