Ermənistan növbəti dəfə Moskvadan imtina etdi

Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Moskvada MDB ölkələrinin Təhlükəsizlik Şuraları katiblərinin iclasında iştirak etməyəcək.

Gununsesi.info “Armenpress”ə istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistan Təhlükəsizlik Şurasının mətbuat katibi Tatevik Petrosyan açıqlayıb.

Sözügedən görüş noyabrın 8-i baş tutacaq.

Xatırladaq ki, bundan əvvəl Baş nazir Nikol Paşinyan və Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan MDB-nin Bişkek sammitində iştirak etməyiblər.

Gununsesi.info