Ermənistan öhdəliklərindən boyun qaçırarsa, Azərbaycan… - Politoloq

  • By admin
  • 14 Aprel 2022 13:53

Ermənistan dövləti artıq regional proseslərə təsir imkanlarını tamamilə itirib. Azərbaycan isə postmüharibə dövründə də öz şərtlərini diktə etdirir

Bunu Publika.az-a açıqlamasında politoloq Ceyhun Əhmədli deyib. 

Onun sözlərinə görə, rəsmi İrəvan 10 noyabr bəyanatının maddələrini icra etməkdən boyun qaçırmağa çalışsa da, son nəticədə başqa çıxış yollarının olmadığını dərk edəcəklər: “Üçtərəfli bəyanatın 9-cu maddəsində aydın şəkildə təsbit olunub ki, Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək və Ermənistan dövləti bu nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Aradan il yarım vaxt keçməsinə baxmayaraq, Ermənistan rəhbərliyi hələ də öhdəliyini yerinə yetirməyib. Bu, Ermənistanın 10 noyabr bəyanatını bilərəkdən pozmasıdır.

C.Əhmədli vurğulayıb ki, bu vəziyyət çox davam edə bilməz: “Bizim də səbrimizin tükəndiyi bir məqam olacaq. Ermənistan başa düşməlidir ki, əgər o öhdəliklərini icra etməkdən boyun qaçırırsa, Azərbaycan da anoloji addımı ata bilər. Qarşı tərəf məsuliyyətdən yayınırsa, onda biz niyə öhdəliklərimizi tam yerinə yetirməliyik?! Rəsmi İrəvan bu reallığı başa düşməli və əsassız yerə vaxt uzatmaqdan çəkinməlidir”.

Gununsesi.info