Ermənistan ordusu müharibəyə hazırlaşır - QARABAĞDA YENİ SAVAŞIN PROQNOZU VERİLDİ

  • By admin
  • 24 May 2017 18:05

qarabagda muharibe

“Dağlıq Qarabağla bağlı danışıqlar masasında “Madrid prinsipləri” var. Başqa sənəd yoxdur”.

Gununsesi.info-nun publika.az-a istinadən verdiyi məlumata görəbu barədə erməni politoloq Ara Papyan Ermənistan prezidenti Serj Sarkisyanın danışıqlar masasında əsas şərtin “Dağlıq Qarabağın müstəqilliyi” ilə bağlı olduğu haqda fikirlərini şərh edərkən deyib.

Erməni politoloq qeyd edib ki, Azərbaycanın buna razılaşacağını düşünmək ağılsızlıqdır.

A.Papyan Qarabağda yeni müharibənin başlayacağı proqnozunu verib.

“Bu, “dördgünlük müharibə” kimi olmasa da, ciddi toqquşma baş verəcək. Gərginlik sabah, yaxud bir müddət sonra ola bilər. Lakin buna hazırlığın getdiyi ortadadır”, – deyə o bildirib.

Qeyd edək ki, Ermənistan ordusunun müharibəyə hazırlaşdığına dair da informasiyalar yayılıb. Ehtimallar var ki, düşmən cəbhədə yeni təxribatlara əl ata bilər.

Gununsesi.info