Ermənistan hökuməti “Hərbi xidmət və hərbi qulluqçunun statusu haqqında” qanuna icbari hərbi xidmətdən müqaviləli xidmətə keçidin yeni sistemini nəzərdə tutan dəyişiklik edib.
Gununsesi.info Müsavat.com-a istinadla xəbər verir ki, bununla bağlı erməni mediasına istinadən xəbər verir.
Ermənistanın müdafiə naziri Suren Papikyanın sözlərinə görə, 6 aylıq məcburi hərbi xidmət müddəti başa çatdıqdan sonra hərbçi 5 il müddətinə müqaviləli hərbi xidmətə keçə bilər. Müddət bitdikdən sonra hərbçi 5 milyon dram alacaq.
Bundan əlavə, müqaviləli hərbi qulluqçular attestasiyadan keçəcəklər.
Gununsesi.info