Ermənistan ordusunda ÇAXNAŞMA: əsgər əsgəri QƏTLƏ YETİRDİ

Ermənistan ordusunun əsgəri həmkarını qətlə yetirməkdə şübhəli bilinərək saxlanılıb.

Gununsesi.info “RIA Novosti”yə istinadla xəbər verir ki, bu barədə ölkənin İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

HTML tutorial

Bundan əvvəl Ermənistan Müdafiə Nazirliyi bəyan etmişdi ki, hərbi hissələrdən birində, həmkarının açdığı atəş nəticəsində 2002-ci il təvəllüdlü əsgər ölümcül güllə yarası alıb. Daha iki əsgər yaralanıb.

“Dekabrın 11-də Ermənistan Müdafiə Nazirliyinin hərbi hissəsinin hərbi qulluqçusu qətl törətməkdə şübhəli bilinərək saxlanılıb”, – nazirlikdən bildirilib.

Gununsesi.info