Ermənistan ordusunda özbaşınalığı əks etdirən videogörüntülər yayılıb - VİDEO

  • By admin
  • 26 Oktyabr 2020 21:19

Ermənistan ordusunda özbaşınalığı, nizam-intizamın itdiyini,ərzaq çatışmazlığını və əsgərlərin döyüş mövqelərini özbaşına tərk etdiyini əks etdirən videogörüntülər yayılıb.

Gununsesi.info xəbər verir ki, görüntüləri ermənilər paylaşıblar.

HTML tutorial

Belə ki, görüntüləri lentə alan erməni hərbçi ordudakı pərakəndəlikdən danışaraq bildirib:

“Baxın, ay millət, bu artıq 3-cü gündür. Bunlar Armavir və digər vilayətlərdən gələnlərdir. Üç gündür yağışın altında, nə yemək var, nə də adam var. Gətirib atıblar bura, gediblər. Heç kimin vecinə deyilik. 3 gündür vəziyyətimiz budur. Gəlin silahları götürək düşək aşağı – hərbi hissəyə”.

Gununsesi.info