Ermənistanda hərbi hissələrdən birinin iki hərbçisinin ölümünün təfərrüatı məlum olub.
Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda qeyd olunur ki, avqustun 27-də Ermənistan MN-in “N” saylı hərbi hissəsinin döyüş postunda xidmətdə olan hərbi qulluqçu “AK-74” avtomatı ilə növbə rəisinə atəş açaraq onu öldürüb. Daha sonra həmin silahla çənə nahiyəsindən özünə ölümcül güllə xəsarəti yetirib.
Hadisə ilə bağlı araşdırmaların davam etdiyi bildirilir.
12:40
Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrinin birində iki hərbçi qeyri-müəyyən şəraitdə ölüb.
Erməni mediasının məlumatına görə, bu barədə ölkənin Müdafiə Nazirliyi xəbər verib.
Bildirilir ki, avqustun 27-də hərbçilər Artyom Aykazyan və Armen Xaçatryan ölümcül güllə yarası alıblar.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, avqust ayı ərzində Ermənistan ordusunda altı hərbçi həlak olub.