Ermənistan ordusunda qiyam baş verib

Ermənistan silahlı qüvvələrinin 3-cü Ordu Korpusunun alaylarından birində qiyam baş verib.

Gununsesi.info bildirir ki, Trend-in məlumatına görə, qiyam baş verən korpus Ermənistanın şimalında və şimal-şərqində, Azərbaycanla sərhəddə yerləşdirilib.

Alaydakı muzdlular Dağlıq Qarabağdakı döyüş bölgəsinə yenidən yerləşdirmə əmrinə tabe olmaqdan kütləvi şəkildə imtina ediblər.

Gununsesi.info