Ermənistan ordusunda siqaret çəkmək qadağan olunur

  • By admin
  • 22 Fevral 2017 16:10
siqaret
Ermənistanda əsgərlərə siqaret çəkmək qadağan olundu. Eyni zamanda əsgərə siqaret və kibrit satanalar da cəzalandırılacaq.
 Gununsesi.info erməni mediasına istinadən xəbər verir ki, bu məsələ  fevralın 23-də  Ermənistan hökumətinin iclasında müzakirəyə çıxarılacaq.
Erməni əsgərlərə siqaret və kibrit verilməsinə qadağa qoyulması ilə bağlı sənədi Ermənistanın müdafiə naziri Viqen Sarkisyan hökumətin iclasında təqdim edəcək.
Belə ki,   sabah hökumətin keçiriləcək iclasında sülh dövründə  ərzaq təminatının standartları ilə bağlı  məsələ müzakirə olunur və bu sənədə əsasən də əsgərlərə siqaret və kibrit verilməsi qadağan olunacaq.
Ermənistan hökuməti əsgərlərə siqaret çəkmənin qadağan edilməsini ölkədəki iqtisadi böhranla deyil, guya  siqaret çəkməklə mübarizə kampaniyasının tərkib hissəsi kimi dəyədləndiirb. Ermənistan hökuməti izah etməyə çalışır ki, guya adı çəkilən sənə Ümümdünya Səhiyyə Təşkilatının   siqaret çəkməyə qarşı mübarizə  çərçivə konvesiyasına uyğun həyata keçirilir. Ermənistan bu sənədi  ratifikasiya etdiyinən belə bir  qərar qəbul etmək zorundadır.
Gununsesi.info