Ermənistan ordusunun 3 hərbçisi məhv edildi: - 2 ƏSGƏR 1 ZABİT

  • By admin
  • 29 Dekabr 2016 13:25

ermeni

Cəbhə xəttində atəşkəsin pozulması nəticəsində Ermənistan ordusunun 3 hərbçisi həlak olub.

Gununsesi.info erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə nazirinin mətbuat katibi Arsrun Ovanisanyan məlumat verib. O, bildirib ki, hərbçilər Azərbaycan ordusunun həyata keçirdiyi hərbi əməliyyat zamanı ölüblər. Onların 2-si əsgər, digəri isə zabit olub.

Ovannisyanın sözlərinə görə, atışma zamanı bir azərbaycanlı diversant da öldürülüb, onun cəsədi Ermənistan tərəfində qalıb.

Gununsesi.info