
Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətindəki bölmələri tərəfindən törədilən təxribata cavab olaraq görülən tədbirlər nəticəsində 2 erməni hərbçi məhv edilib.
Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı Ermənistanın “Hraparak” qəzeti yayıb.
Bununla yanaşı, daha 1 erməni əsgər isə yaralanıb.
***
Ermənistan Müdafiə Nazirliyi iki erməni hərbçinin öldüyünü, birinin isə yaralandığını təsdiq edib.
***
Ermənistan MN məhv edilən erməni hərbçilərin sayının 4-ə çatdığını açıqlayıb.