Döyüş mövqeyindən daimi dislokasiya yerinə gedən yolda hərbçi ilə əlaqə kəsilib.
Gununsesi.info xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb.
“Yanvarın 13-də son dərəcə əlverişsiz hava şəraitində döyüş mövqeyindən daimi dislokasiya yerinə gedən yolda Ermənistan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu ilə əlaqə kəsilib.
Güclü qar və dumana baxmayaraq, başlanmış axtarış-xilasetmə işləri davam edir. Hərbçinin tapılması üçün bütün lazımi tədbirlər görülür”, – deyə nazirlikdən bildirilib.
Gununsesi.info