Ermənistan ordusunun polkovniki həbs edilib

Ermənistanda hərbi hissə komandirinin müavini həbs edilib.

Gununsesi.info xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsindən bildirilib.
Onun həbsinə səbəb kimi 44 günlük müharibə zamanı uydurma xəstəlik səbəbindən xəstəxanada qalması göstərilib.
Qeyd olunub ki, Qarabağda 44 gün davam edən döyüşlər zamanı hərbi hissə komandirinin polkovnik rütbəli müavini Ermənistanda elan olunmuş hərbi vəziyyət şəraitinə baxmayaraq, 10 oktyabr – 3 noyabr tarixlərində saxta xəstəlik adı altında tibb müəssisəsində 23 gün ərzində stasionar müalicə alıb.
Ona qarşı irəli sürülən ittihama əsasən, məhkəmə polkovniki iki ay müddətinə həbs edib.

 

Şəbnəm

Gununsesi.info