
Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan iyunun 17-də parlamentin növbədənkənar iclasının çağırılması barədə göstəriş verib.
Gununsesi.info xəbər verir ki, müvafiq Sərəncam qanunverici orqanın saytında dərc olunub.
Bildirilib ki, iclasın gündəliyinə hökumətin istefası və yeni nazirlər kabinetinin formalaşdırılmasının zəruriliyi ilə bağlı layihə daxil ediləcək.
Gununsesi.info