Ermənistan parlamenti qarşısında aksiya

Ermənistan parlamentinin binası yaxınlığında “Ayakve” təşəbbüs qrupu tərəfdarlarının etiraz aksiyası keçirilir.

 

Gununsesi.info “Sputnik Armenia”ya istinadən xəbər verir ki, hazırda aksiya davam edir.

 

Etirazçıların parlamentdən hazırda dövlət-hüquq məsələləri komissiyasında müzakirə olunan “Qarabağın təslim edilməsinə görə” cinayət məsuliyyəti nəzərdə tutan qanun layihəsinin qəbulunu tələb edirlər.

 

Xatırladaq ki, “Ayakve” təşəbbüs qrupu müxalifət tərəfindən formalaşdırılıb.

 

Gununsesi.info