Ermənistan parlamenti TOPLANIR: Paşinyanın taleyi həll olunacaq

  • By admin
  • 10 May 2021 10:09

Bu gün yerli vaxtla saat 12:00-da Ermənistan Parlamentində Respublikanın Baş naziri vəzifəsinə Nikol Paşinyanın namizədliyini müzakirə etmək üçün növbəti iclas keçiriləcək.

Gununsesi.info xəbər verir ki, bu barədə “Sputnik Armeniya” məlumat yayıb.

Bildirilir ki, əldə oluna razılığa əsasən əvvəlki iclasda parlament onu hökumət başçısı vəzifəsinə seçməyib.

Konstitusiyaya görə, Nazirlər Kabineti rəhbərinin istefasından sonra parlament iki cəhddə yeni baş naziri seçə bilməsə, parlament buraxılmalı, erkən seçkilər təyin edilməlidir.

Qeyd edək ki, Ermənistanda erkən parlament seçkiləri artıq iyunun 20-nə təyin edilib.

Gununsesi.info