Ermənistan parlamentində Xankəndidəki “əski parçası”na görə qalmaqal - FOTO

  • By admin
  • 12 Aprel 2022 14:57

Qarabağdakı separatçı-terrorçu rejimin qondarma “əski parçası” Ermənistanda qalmaqala səbəb olub.

Gununsesi.info xəbər verir ki, Brüssel görüşündə Bakı və İrəvan arasında sülh sazişinə dair razılaşmadan sonra Ermənistanda müxalifət separatçıların “əski parçası”nı müxtəlif yerlərdə qaldırır, “dəstək” kampaniyası aparır.

Lakin erməni cəmiyyətində “əski parçası”na münasibət birmənalı deyil. Sonuncu dəfə İrəvanın “Fransa” meydanına “əski parçası”nın üzərindəki işarələrin silindiyi görüntüsü də bunu təsdiq edir.

Növbəti qalmaqal Ermənistan parlamentində yaşanıb. “Ermənistan” blokunun üzvü Seyran Ohanyan separatçıların “əski parçası”nı parlament tribunasına taxıb. Lakin hakim partiyasının deputatları buna etiraz edib. Daha sonra hakim fraksiyasının deputatı çıxışı zamanı “əski parçası”nı çıxararaq, kənara atıb.

Gununsesi.info