Ermənistan parlamentinin iclası deputatlar arasında davaya görə yarımçıq qalıb

  • By ilhame
  • 12 İyun 2024 20:10

Ermənistan parlamentinin iclası ölkənin baş naziri Nikol Paşinyanın bəzi generalları “qorxaq və fərari” adlandırmasından sonra müxalif və iqtidaryönlü deputatlar arasında başlayan davaya görə yarımçıq qalıb.

 

Gununsesi.info xəbər verir ki, iclas yerli xəbər portalları tərəfindən canlı yayımlanır.

 

“Sizin (müxalifətin) haqqında danışdığınız bir çox generallar vətənləri üçün tost deyirdilər. Amma hücum başlayan kimi mənə zəng edib bölgədən çıxarılmalarını istədilər. Onlar qorxaq və fəraridirlər”, – Paşinyan deyib. Məhz bu sözlərin ardından əvvəl söz atışması, sonra isə kiçik də olsa dava yaşanıb.

Gununsesi.info