Ermənistan parlamentinin sədri məhkəməyə çağırılır

  • By admin
  • 08 Dekabr 2021 14:53

Ermənistan parlamentinin sədri Alen Simonyan yaxın günlərdə məhkəməyə çağırılacaq.

Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı jurnalistlərə “Ermənistan” fraksiyasının deputatı Arçvik Minasyan açıqlayıb.

HTML tutorial

Onun sözlərinə görə, Alen Simonyan və parlamentin təhlükəsizlik xidmətinin sədri avqustun 25-i parlamentdə millət vəkilləri arasında düşən dava ilə əlaqədar olaraq məhkəməyə çağırılacaq.

O bildirib ki, məsələ ilə bağlı məhkəmə prosesi yaxın vaxtlarda keçiriləcək.

Qeyd edək ki, avqustun 25-i Ermənistan parlamentində iki dava düşüb. “Vətəndaş müqaviləsi” nümayəndəsi Ayk Sarkisyanın çıxışı zamanı ölkənin keçmiş müdafiə naziri, “Ermənistan” fraksiyasından Seyran Ohanyan ona su şüşəsini atıb və bunun ardınca dava başlayıb. İkinci dava isə “Ermənistan” fraksiyasının millət vəkili Vaqe Akopyanın çıxışı zamanı düşüb. Onun çıxışı zamanı ilk olaraq sözlü mübahisə yaransa da, sonradan bu mübahisə əlbəyaxa davaya çevrilib. Davadan sonra parlamentin iclası və canlı yayım dayandırılıb. Parlamentin təhlükəsizlik xidməti jurnalistlərə davanı çəkməyi qadağan etmişdi.

Gununsesi.info