Ermənistan parlamentinin sədri ölkəsini qarışdırdı - SPİKERİN GİZLİ SƏS YAZISI

  • By admin
  • 07 Dekabr 2021 17:45

Ermənistanda parlamentin spikerinin əsirlərlə bağlı qalmaqallı açıqlaması ölkəni qarışdırıb.

Gununsesi.info bildirir ki, Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan noyabrın 16-da Sünikdə əsir düşən hərbçiləri fərari adlandırıb.
Bu barədə söhbəti əks etdirən gizli səs yazısı yayılaraq ölkədə gündəm olub.

Simonyan: Bu əsirlərin, bu əsgərlərin məqsədi nə idi?
Həmsöhbət: Vətəni qorumaq.
Simonyan: Bağışlayın, bəlkə mən fikrimi bir az səhv ifadə edirəm, amma düşünürəm ki, bu əsirlər artıq yoxdur. Onlar mənim üçün yoxdur. Terrorçular təyyarəni qaçıranda İsrail onlarla danışıq aparmır, həmin təyyarəni vurur. Bu məhbusların kim olduğunu bilirsinizmi?
Həmsöhbət: Bunu sizdən eşitmək istərdim.
Simonyan: Bunlar silahı yerə atıb qaçan, yolunu azmış adamlardır. Mən bu barədə açıq danışa bilmərəm. Sizə maraqlı deyil ki, məhbusların valideynləri niyə fəal deyillər? Çünki onlar da əsgərlərin fərarilik etdiyini bilirlər. Silahlarını qoyub qaçdılar, əsir düşdülər.

Gununsesi.info