Ermənistan PPK-nı silahla təhciz edir - FOTO

  • By admin
  • 17 Noyabr 2016 15:08

ppk
Hər ay Türkiyənin Mersin Dəniz Limanın üzərindən Gürcüstan və İrandan keçərək Ermənistana 10-dan çox yük avtomobili vasitəsilə ammonium nitrat gübrəsi çatdırıldığı idda edilir.
Gununsesi.info-nun “Vatan” qəzetinə istinadən xəbər verir ki, bu haqda “Beynəlxalq Əsassız Erməni İddialarıyla Mübarizə” dərnəyinin(ASİMDER) sədri Göksel Gülbey məlumat verib.
Göksel Gülbey bildirib ki, Ermənistan işğal etdiyi Azərbaycan torpağı Dağlıq Qarabağ bölgəsində PKK terrorçuları üçün təlim düşərgələri qurub.
“Türkiyədə terror aktları törətmək məqsədilə – Qars, İğdır və İran üzərindən Van sərhədinə daşınan ammonium nitrat gübrəsi PKK-ya təslim edilir. Hazırda Ermənistan hakimiyyətində təmsil olunan yüksək çinli məmurlar, eləcə də erməni lobisi başda PKK olmaq üzrə həm Avropada, həm də Türkiyədə fəailiyyət göstərən terror təşkilatları ilə gizli bir şəkildə əməkdaşlıq edir. Faktiki olaraq bu gün Ermənistan açıq şəkildə PKK-ya dəstək verir. Belə ki, Ermənistan adıçəkilən terror təşkilatına silah daxil, digər sahələrdə də yardım göstərir” – deyə, Göksel Gülbey sözlərinə əlavə edib.
Anar
Gununsesi.info