
Ermənistan prezidenti Serj Sərkisyan avqustun 10-da Moskvaya səfər edəcək. Gununsesi. info erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə Ermənistanın prezidentinin mətbuat katibliyi məlumat yayıb. S. Sərkisyan Moskvada Vladimir Putinlə görüşəcək. Putinlə görüşündə isə iki ölkə arasındakı əlaqələrin inkişaf tempi, siyasi, ticari-iqtisadi, humanitar və digər məsələlər müzakirə olunacaq. Tərəflər eyni zamanda, Avrasiya məkanın inteqrasiya, həmçinin, regional beynəlxalq məsələləri müzakirə edəcəklər.
Qeyd edək ki, avqustun 8-də Rusiya prezidenti Vladimir Putin Azərbaycana səfər edəcək. Avqustun 9-da Putin Sankt-Peterburqda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.
Gununsesi.info