
Ermənistan Qarabağ savaşı ilə dərsini aldı və yerinə oturdu.
Gununsesi.info xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan partiyasının qrup toplantısındakı çıxışı zamanı deyib.
“Türk milləti olaraq bu torpaqlarda azad və dinc yaşamaq istəyiriksə güclü olmalıyıq. Biz hər sahədə, o cümlədən siyasətdə, iqtisadiyyatda, təhlükəsizlikdə güclü olmasaq, bu torpaqlarda yaşamağa imkan verməzlər. Ermənistan Qarabağ savaşı ilə dərsini aldı və yerinə oturdu. İndi də İsrail idarəçiləri oxşar aldatmaları təkrarlamağa başlayıblar və bunlar məyusluqla bitəcək”, – deyə Ərdoğan bildirib.
Gununsesi.info