2023-cü il sentyabrın 19-20-də keçirilən antiterror tədbirləri zamanı Azərbaycan Silahlı Qüvvələri tərəfindən Qarabağdakı erməni separatçılarının 223 hərbi qulluqçusu məhv edilib.
Gununsesi.info xəbər verir ki, bu barədə Ermənistanın rəsmi xəbər agentliyi “Armenpress” ölkənin İstintaq Komitəsinin sədri Argişti Kyaramyana istinadən məlumat yayıb.
Məlumata görə, 244 separatçı yaralanıb, 20 nəfər itkin düşüb.
2023-cü ilin sentyabrında bir günlük antiterror əməliyyatı nəticəsində Azərbaycan öz dövlət suverenliyini tam bərpa edib və işğalçı qüvvələrin Azərbaycan ərazilərindən çıxarılmasını təmin edib.
Gununsesi.info