Ermənistan Rusiyanı məhkəməyə verməkdən imtina etdi

  • By admin
  • 04 Dekabr 2023 14:36

Ermənistan tədürk edilməyən silahlara görə Rusiyanı məhkəməyə verməkdən imtina edib.

Gununsesi.info xəbər verir ki, bu barədə Ermənistan müdafiə nazirinin müavini Qraçya Sarkisyan parlamentdə jurnalistlərə bildirib.

O qeyd edib ki, bu silah partiyasının alınması ilə bağlı müqavilə ilə şəxsən tanış deyil.

Sarkisyan qeyd edib ki, Ermənistan tədarük olunmayan silahların pulu qaytarılmadığına görə Rusiyanı məhkəməyə verməyəcək.

Ermənistan hakimiyyəti bundan əvvəl bəyan etmişdi ki, Rusiya müqavilə çərçivəsində silah və hərbi texnika tədarük etməyib. Dəqiq məbləğ rəsmi olaraq açıqlansa da, bəzi mənbələrə görə, söhbət 250 milyon dollardan, bəzi mənbələrə görə isə təxminən 400 milyon dollardan gedir.

Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan birbaşa vətəndaşların suallarını cavablandırarkən bildirib ki, bu vəsaitin bir hissəsinin Rusiyaya olan borcunun silinməsi məsələsi üzərində iş gedir.

Gununsesi.info