Ermənistan Rusiyaya nota verib.
Gununsesi.info-mnun xəbərinə görə, buna səbəb Rusiyanın “Birinci kanal”ındakı proqramdakı veriliş olub. Həmin proqramda Ermənistanın baş naziri Nikol Paşinyan ilə ABŞ-ın “əlaqə”lərindən bəhs olunub.
Rusiyanın Ermənistandakı səfiri Sergey Kapırkin bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb və Rusiyanın “Birinci kanal”ındakı proqrama görə ona etiraz notası təqdim olunub.
XİN bildirir ki, proqramda “Ermənistan Respublikasının yüksək vəzifəli şəxslərinin ünvanına təhqiramiz və tamamilə qəbuledilməz ifadələr səslənib”.
“Görüş zamanı müvafiq etiraz notası təqdim olunub”, – məlumatda deyilir.
Proqramda nə deyilib
XİN proqramın adını çəkmir. Rusiyanın RBK portalı isə qeyd edir ki, bir gün öncə “Birinci kanal”da “Nikol Paşinyan: fəlakət müjdəçisi. Tuttinin varisinin kuklası” adlı veriliş efirə gedib.
“Nikol Paşinyan Rusiyanın Dağlıq Qarabağ üzrə sülh planlarından dəfələrlə “vuruşacağıq” sözləri ilə imtina edib, sonucda ərazini döyüşsüz təslim edib. Bununla da əl-qolunu birdəfəlik bağlayıb, Avroparlamentdə çıxışında isə açıqca qərbpərəst ritorika səviyyəsinə axın edib. O öz hərəkətləri ilə gah KTMT-dən çıxaraq Amerikaya münaqişə zonasını qızışdırmağa kömək etməyə çalışır, gah iki stulda əyləşməyə çalışır, gah qeyri-dost qonşular siyahısına saldığı müttəfiqlərdən uzaqlaşaraq rəsmi olaraq yeni kuratorlara tərəf getmək istəyir”, – proqramın təsvirində deyilir.
Mais
Gununsesi.info