Ermənistan və Səudiyyə Ərəbistanı diplomatik əlaqələr qurub.
Gununsesi.info xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunur ki, müvafiq protokol noyabrın 24-də Əbu-Dabidə imzalanıb.
Sənədi Ermənistanın BƏƏ-dəki səfiri Karen Qriqoryan və Səudiyyə Ərəbistanının bu ölkədəki səfiri Sultan bin Abdulla Əl-Luyan Əl-Ankar imzalayıblar.
Gununsesi.info