
Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan jurnalistlərə verdiyi açıqlamada yen də təxribat xarakterli fikirlər səsləndirib.
Gununsesi.info xəbər verir ki, Simonyanın Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun fikirlərinə münasibəti onu deməyə əsas verir ki, Ermənistan sülh danışıqlarından imtina edir. Simonyan Bayramovun “Ermənistanın Qarabağın erməni azlığına xüsusi təminat verməsini tələb etməsi Azərbaycanın işlərinə qarışmağa bərabərdir” fikirlərinə münasibət bildirərkən vurğulayıb ki, ermənilərin hüquqları onlar üçün önəmlidir:
“Erməni tərəfi üçün Dağlıq Qarabağ ermənilərinin hüquqları məsələsi mühüm məsələdir, onu unutmaq olmaz. Bu, sadəcə, özünü aldatmaqdır. Biz prosesi təqib edəcəyik. Əgər bu məsələnin həlli yoxdursa, bu o deməkdir ki, aparılan danışıqlar da mənasızdır”, – o əlavə edib.
Simonyanın Azərbaycan qarşısında şərt irəli sürməsi onu deməyə əsas verir ki, Ermənistan sülh danışıqlarından rəsmən imtina edir.
Gununsesi.info