Ermənistan təlaş içindədir

  • By admin
  • 04 Avqust 2017 15:24
843332
ABŞ-ın Rusiyaya qarşı sanksiyalar tətbiq etməsindən İrəvan ciddi narahatçılıq keçirərək təlaş içindədirlər.
Gununsesi.info xəbər verir ki, Ağ Evlə Kreml arasında yaranan son duurmdan İrəvan ciddi narahatçılıq  keçirməyə başlayıb.  Ermənilər bu təşvişi açıq formada olmasa da Ermənistan rəsmiləri kluarlarda, bağlı qapılar arxasında dilə gətirirlər.
Erməni politoloq, politologiya elmləri doktoru Hayk Martirosyan ABŞ-la Rusiya arasında yaranmış son durum və Rusiyaya qarşı tətbiq edilən sanksiyanın təkcə  bu ölkəyə deyil, eyni zamanda Ermənistana  da ciddi mənfi təsir edəcəyini açıqca dilə gətirib.
Erməni ekspert  deyib ki, bu vəziyyət erməni tərəfi üçün heç də yaxşı perespektiv vəd etmir və maraqlarımıza uyğun deyil. “Çünki Ermənistanın kimin maraq dairəsində və nəzarətində olduğu hamıya  bəllidir. Bax bu baxımdan da  Ermənistanın heç bir uduşu yoxdur. Digər bir tərəfdən Ermənistan hazırda elə bir vəiyyətdədir ki, onun bir addım ora və ya bura atması heç nəyi dəyişmir”- deyə, erməni ekspert bildirib.
ABŞ sanksiyalarının Rusiya iqtisadiyyatına böyük zərbə vuracağını deyən erməni ekspert bildirib ki, bu sanksiyalar Kreml üçün  ciddi problemlər yaradacaq: “Bundan  xüsusən də Rusiya iqtisadiyyatı ciddi ziyan çəkəcək”.
Hazırladı Mürtəza
Gununsesi.info