“Ermənistan təxribatlara son qoymalı, əsirləri geri qaytarmalıdır” -Ayxan Hacızadə

  • By admin
  • 28 May 2023 13:16

“Ermənistan keçmiş səhvlərindən heç vaxt dərs almır!”

Gununsesi.info xəbər verir ki, bu fikirləri Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə tviter hesabında bildirib.

O bildirib ki, erməni tərəfi təxribat əməllərinə görə üzr istəmək əvəzinə saxta xəbərlər yayır: “Ermənistan təxribatlara son qoymalı, əsir saxlanılan Azərbaycan əsgərlərini geri qaytarmalı, 3890 itkin düşmüş şəxs haqqında məlumat verməlidir”.

Gununsesi.info