
Bu ilin 6 ayının yekunları ilə bağlı 15 iyun 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib.
Müşavirədə 6 ay ərzində görülən işlər müzakirə edilib və növbəti 6 ay üçün tapşırıqlar verilib.Nəticələr arasında Azərbaycanın Qoşulmama Hərəkatındaki uğurlu sədrlik etməsi,Avropa İttifaqı ilə fəal əməkdaşlıq istiqamətində aparılan işlər, Beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq xüsusən də Tük Dövlətləri Təşkilatı çərçivəsində Azərbaycanın fəaliyyət göstərməsi ,qonşu ölkələrlə əlaqələrin gücləndirilməsi, Amerika-Azərbaycan əlaqələrinin inkişafı istiqamətində önəmli addımların atılması Azərbaycan-Ermənistan əlaqələrinin normallaşdırlması istiqamətində və digər mühüm məsələlər yer almışdır.
Prezident öz çıxışında Azərbaycan-Ermənistan münaqişəsinin həllinə böyük önəm verdiyini vurğulamışdır. Bu istiqamətdə müəyyən addımlar atılsa da əfsuslar olsun ki, hələ ki real nəticə əldə edilməyib.
Vətən müharibəsindən 1 il 8 ay ötməsinə baxmayaraq, Ermənistan məcburən üzərinə götürdüyü öhdəlikləri hələ də yerinə yetirməyib. Müsbət hallardan biri də Azərbaycanın təşəbbüsü ilə hazırlanan sülh müqaviləsinin 5 əsas baza prinsipi Ermənistan tərəfindən qəbul edilib. 10 noyabr 2020-ci ildə imzalanmış bəyannamə faktiki olaraq Ermənistanın kapitulyasiya aktıdır və müharibədə məğlub tərəf kimi öz üzərinə götürdüyü öhdəliklər var. Müqavilədə əsas məqamlardan biri də erməni silahlı qüvvələrinin Qarabağdan çıxarılmasıdır. Bu günə kimi bu məsələ həllini tapmayıb.
Baxmayaraq ki, Rusiya dövləti də bu barədə öz üzərinə öhdəlik götürmüşdür. Çox əfsuslar olsun ki, Rusiya dövləti üzərinə düşən öhdəliyi yerinə yetirmir. Bəyannamədə Laçın dəhlizi ilə bərabər Zəngəzur dəhlizi yer alıb. Bu məsələ ilə bağlı hələ ki, müsbət addımlar atılmayıb. Əgər Ermənistan üzərinə düşən öhdəlikləri yerinə yetirməkdən boyun qaçırarsa Azərbaycan bu öhdəliklərin yerinə yetirilməsi istiqamətində əməli addımlar atmaq hüququ daşıyır.
Prezident öz çıxışında 6 ay ərzində Silahlı Qüvvələrimizin inkişafı istiqamətində görülən və görüləcək işlərə xüsusi diqqət yetirdi. Həmçinin hərbiçilərin, müharibə iştirakçılarının sosial müdafiəsi məsələləri geniş müzakirə edilir. Yerli İcra Orqanlarlına, müharibə iştirakçılarına xüsusi diqqət və qayğı ilə yanaşma tapşırığı verilmişdir. Müşavirədə Qarabağda gedən quruculuq işləri barəsində geniş məlumat verilmişdir.