İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan bu gün Ermənistan hakimiyyəti ilə görüşmək üçün İrəvana gedib.
Gununsesi.info xəbər verir ki, bu barədə İranın İRNA agentliyi məlumat yayıb.
Məlumata görə, İran Xarici İşlər Nazirliyinin rəhbərinin Ermənistan hakimiyyəti ilə mədəni, ticarət, iqtisadi və siyasi sahələrdə əməkdaşlığın və ikitərəfli münasibətlərin hazırkı vəziyyətini, həmçinin regional və beynəlxalq gündəlikdəki bəzi məsələləri müzakirə edəcəyi gözlənilir.
Səfər zamanı Abdullahiyan ermənistanlı həmkarı Ararat Mirzoyanla görüşüb. Görüşdə Cənubi Qafqazda baş verən son hadisələri, eləcə də Cənubi Qafqazdakı vəziyyətin həlli üçün “3+3” formatını müzakirə edilib.
Çərşənbə axşamı İranın xarici işlər naziri Rusiya və Azərbaycanın xarici işlər nazirləri ilə Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib.
Gununsesi.info