Hərbi Gürcüstan yolunda Ermənistan vətəndaşına məxsus yük maşını yanıb.
APA-nın məlumatına görə, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, yük maşını Rusiyadan Ermənistana gedirmiş. Msxeta-Mtianeti bölgəsinin Kveşeti kəndində baş verən hadisə yerinə iki yanın söndürmə maşını cəlb edilib və yanğın tezliklə söndürülüb. Xəsarət alan yoxdur. Yanğına səbəb maşının elektrik naqillərinin nasazlığı olub.
Faktla bağlı cinayət işi qaldırılıb, araşdırma aparılır.
Gununsesi.info