
Ermənistan Ruben Vardanyanın hüquqlarını müdafiə etməyə hazır olduğunu bildirib.
Gununsesi.info xəbər verir ki, bu barədə Rusiyanın TASS agentliyi İrəvandakı diplomatik mənbəyə istinadən məlumat yayıb.
“Ruben Vardanyanın konsulluq müraciəti məsələsi ilə Ermənistan Xarici İşlər Nazirliyi məşğul olur”, – deyə TASS bildirib.
Xatırladaq ki, qondarma separatçı qurumun keçmiş “dövlət naziri”, erməni əsilli rusiyalı iş adamı Ruben Vardanyan əvvəllər Rusiya Federasiyasının vətəndaşı olub.
2022-ci il dekabrın 22-də V.Putin R.Vardanyanın Rusiya vətəndaşlığından çıxmaq ərizəsini təsdiq edən fərman imzalayıb. Əvvəllər onun Ermənistan vətəndaşlığının olması barədə məlumat verilməyib.
Gununsesi.info