Ermənistan YUNESKO-da məhşərə çəkiləcək - 5 DÖVLƏTDƏN ŞİKAYƏT

  • By admin
  • 09 İyul 2016 09:30

lavas

 

Azərbaycan,Türkiyə, Qazaxıstan, Qırğız Respublikası və İran lavaşla bağlı YUNESKO-ya birlikdə etiraz müraciəti ediblər.

Gununsesi.info Türkiyə KİV-nə isitnadən xəbər verir ki, müraciətlə bağlı yekun qərar 2016-cı il noyabrın 28-dən dekabrın 2-si tarixləri arasında Efiopiada YUNESKO-nun qeyri-mədəni irsə dair Hökumətlərarası Komitsəsinin 11-ci Toplantısında qəbul ediləcək.
Qeyd edək ki, BMT-nin bu qurumu lavaşı “Erməni çörəyi” kimi qeydiyyatdan keçirib. Azərbaycan,Türkiyə, Qazaxıstan, Qırğız Respublikası və İranın birgə müraciətində bunu ermənilərə aidiyyəti olmadığı vurğulanıb.

Xəbərə əsasən, bu ilk belə müraciət deyil.

Gununsesi.info