Ermənistan Zvartnotsu müstəqil şəkildə mühafizə edə bilər - Mirzoyan

“Ermənistan müstəqil şəkildə Zvartnots hava limanında sərhəd mühafizəsi funksiyalarını yerinə yetirə bilər”.

 

Gununsesi.info “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.

 

“Rusiya Federasiyasının köməyinə ehtiyac aradan qalxıb, lakin biz göstərilən köməyə görə minnətdarıq”, – o əlavə edib.

 

“Əvəldən Rusiya sərhədçilərinin mövcudluğu Ermənistan dövlətinə dəstək olmalı idi, nə qədər ki, Ermənistana lazımdır. İndi sərhəd xidmətini müstəqil şəkildə həyata keçirmək üçün institusional imkanlar yaranıb və biz Rusiya tərəfini məlumatlandırdıq”, – deyə nazir vurğulayıb.