Ermənistana göndərilən hərbi karvanla bağlı Moskvadan rəsmi  - Açıqlama

  • By admin
  • 24 Mart 2017 20:14

9129546cf79ee91d546a848789c47485

 

Rusiya Xarici İşlər Nazirliyi Gürcüstan ərazisi vasitəsilə Ermənistana hərbi karvanın göndərilməsi ilə əlaqədar məlumatlara rəsmi münasibət açıqlayıb.
Gununsesi.info xəbər verir ki, APA-nın Moskva müxbirinin məlumatına görə, Rusiya XİN Abxaziyaya “C-300” zenit-raket kompleksinin və Gürcüstan vasitəsilə Ermənistana hərbi karvanın göndərilməsi ilə bağlı yayılan xəbərlərin həqiqətə uyğun olmadığını bildirib.
Nazirlik Gürcüstan ərazisi vasitəsilə Ermənistana Rusiya hərbi karvanının keçirilməsini “fantastik əhvalat” adlandırıb: “Bütün bu siyasi tamaşa martın 28-29-da Cenevrədə keçiriləcək müzakirələrin növbəti raundu ilə əlaqədardır. Görünür, rəsmi Tiflis Cenevrədəki dialoqu sabotaja davam etməyə çalışır və əvvəlcədən bu cür konfrontasion-isterik atmosfer formalaşdırır. Rusiya nümayəndə heyəti İsveçrəyə Zaqafqaziyadakı sabitlik və təhlükəsizlik məsələlərini məhsuldar və sakit şəkildə müzakirə etmək əhval-ruhiyyəsi ilə gedir. Gürcü tərəfdaşlarımızı da, Cenevrə müzakirələrinin digər bütün iştirakçılarını da buna çağırırıq”.Xatırladaq ki, internetdə Gürcüstanın Kvemo Kartli regionu ərazisində Ermənistan istiqamətində hərəkət edən hərbi avtomobil karvanının fotoları və videosu yayılıb.

 

Gununsesi.info