Ermənistana məxsus PUA məhv edildi

  • By admin
  • 15 Noyabr 2016 15:02

pua_pilotsuz_aparat_100516_1
Ermənistan silahlı qüvvələrinə məxsus PUA məhv edilib.
Gununsesi.info Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, dünən axşam saatlarında cəbhənin Tərtər rayonu istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA) bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar olunaraq atəşlə məhv edilib.
Anar
Gununsesi.info