Ermənistana sülh müqaviləsini müzakirə etmək üçün dəvət göndərilib

  • By ilhame
  • 26 Yanvar 2024 19:33

Ermənistan xarici işlər naziri Ararat Mirzoyana sülh müqaviləsi problematikası ilə bağlı ötən ilin sentyabrından başlayaraq Moskvada məsləhətləşmələr üçün dəfələrlə dəvət göndərilib.

 

Gununsesi.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

 

O vurğulayıb ki, Ermənistana sonuncu siqnal bir neçə gün bundan əvvəl göndərilib.

 

Gununsesi.info