Ermənistanın İstintaq Komitəsi Silahlı Qüvvələrdə xidmət aparan təxminən 12 600 nəfərə qarşı 1 600-ə yaxın cinayət işi açıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsinin rəhbəri Arqişti Kyaramyan bildirib.
O, Ermənistan Silahlı Qüvvələrində hərbi xidmət keçmə qaydası əleyhinə cinayətlər və hərbi əməliyyatlarla bağlı digər cinayətlərlə bağlı başlanmış cinayət işləri ilə bağlı məlumatları təqdim edib.
Bu işlər çərçivəsində 883 nəfər, o cümlədən 78 zabit (onlardan 17 yüksək rütbəli zabitdir – red), 150 müqaviləli hərbi qulluqçu, 491 ehtiyatda olan hərbçi, 36 çağırışçı, 128 mülki şəxs ittiham olunub.
Cinayət işlərindən 152-si üzrə ibtidai istintaq tamamlanıb. O cümlədən 29 şəxs barəsində 23 iş ittiham aktı ilə məhkəməyə göndərilib. Bundan əlavə, ümumilikdə 17 mindən çox insan dindirilib. Cinayət işlərindən 152-si üzrə ibtidai araşdırmalar tamamlanıb.
Gununsesi.info