Ermənistanda 180 hərbçi, 12 komandir həbs edildi

Ermənistanda, təxminən 180 hərbçi, 12 komandir, 2 yüksək rütbəli zabit həbs edilib.

Gununsesi.info xəbər verir ki, bu barədə “Joxovurd” erməni qəzeti yazıb.

HTML tutorial

Məlumata görə, Ermənistan İstintaq Komitəsinin Baş İstintaq İdarəsinin bölmələrində Qarabağ müharibəsi ilə bağlı 12 500-dən çox insanın iştirak etdiyi 1500-ə yaxın cinayət işi açılıb. Bu çərçivədə 500-dən çox insan məhkəməyə verilib.

Qəzetin mənbələrinə əsasən, cinayət işlərinin ilkin istintaqı çərçivəsində 103 mindən çox insanın, o cümlədən 3300-dən çox ölü, 9 mindən çox yaralı, 90 mindən çox “məcburi köçkünün” qurban kimi tanınmasına qərar verilib.

Gununsesi.info