Ermənistanda 19 nəfər dövlətə xəyanətə görə saxlanıldı

  • By admin
  • 10 Fevral 2022 12:31

Ermənistan Milli Təhlükəsizlik Xidməti dövlətə xəyanətdə şübhəli bilinən 19 nəfəri saxlayıb.

Onlar xarici kəşfiyyat şəbəkəsinin ölkə ərazisində casusları hesab olunurlar.

Gununsesi.info Ermənistan KİV-nə istinadən xəbər verir ki, Milli Təhlükəsizlik Xidmətinin məlumatına görə, araşdırılan cinayət işi çərçivəsində xarici xüsusi xidmət orqanlarının əməkdaşlarının sosial şəbəkələrdəki saxta hesablar vasitəsilə Ermənistanda agent şəbəkəsi yaratdıqlarına dair sübutlar əldə edilib.

Məlumata görə, saxlanılanların əksəriyyəti hərbçilərdi. Onlardan bəzilərinin dövləti xəyanəti etiraf etdiyi bildirilir.

Gununsesi.info