Ermənistanda “5-ci kolon”: Paşinyan hansı ölkəni nəzərdə tutub? – AÇIQLAMA

  • By admin
  • 13 Fevral 2024 12:09

Ermənistanın baş naziri Nikol Paşinyan açıqlamalarının birində demişdi ki, orduda “5-ci kolon” mövcuddur. Aydındır ki, o bunu deyəndə Rusiyanı nəzərdə tutub.

Gununsesi.info xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu bildirib.

Onun sözlərinə görə, Nikol Paşinyan təhlükəsizlik sahəsində nə qədər Qərbə yaxınlaşmaq istəsə də, ordusunun zabit heyəti sovet və Rusiya hərbi məktəb və akademiyalarının məzunlarıdır və bu heyətin bir hissəsi Rusiya hərbi kəşfiyatına bağlıdır.

“Odur ki, bu zabitlər Moskvadan gələn istənilən əmri yerinə yetirə bilərlər. Azərbaycan hərbçilərinə atəş açılması həmin zabitlərin tərxibatına oxşayır. Burada məqsəd bölgədə vəziyyəti gərginləşdirmək və baş nazir Nikol Paşinyanın mövqelərini zəiflətməkdir”, – deyə o əlavə edib.

E.Şahinoğlu bildirib ki, Azərbaycan üçün Ermənistan ordusunun kimlərə tabe olmasının fərqi yoxdur, istəyir Rusiya və ya istəyir Paşinyan olsun, təxribata adekvat cavab veriləcək:

“Əslində, son təxribat Paşinyanı ciddi düşündürməlidir. Birincisi, həmin silahlar bir gün onun hakimiyyətinə də tuşlanacaq. İkincisi, baş nazir tərxibatın arxasındakı gücləri neytrallaşdırmağa çalışmalıdır, əks halda bu onun özü və ölkəsi üçün daha ağır nəticələrə yol açacaq. Son insident Paşinyanı Azərbaycanla qısa müddətdə sülh sazişini imzalamağa da həvəsləndirməlidir. Sülh sazişinin imzalanması yubandıqca Ermənistan ordusundakı təxribatçılar Paşinyana başqa problemlər də yaradacaq”.

Gununsesi.info