Ermənistanda aksiya zamanı jurnalist döyülüb

  • By admin
  • 19 Aprel 2018 13:22

Ermənistanda aksiya zamanı jurnalist Tirayr Muradyan döyülərək xəstəxanalıq olub.

Gununsesi.info erməni KİV-nə istinadən xəbər verir ki, jurnalist başından zədə alıb. “Aykakan jamanak” qəzetinin əməkdaşı Muradyan özü isə həmkarlarına bildirib ki, hökumət binası qarşısındakı aksiya zamanı ona mülki geyimli şəxslər hücum ediblər.

Qeyd edək ki, ölkədə Serj Sarkisyanın baş nazir olmasına etiraz əlaməti olaraq aksiyalar aprelin 13-dən bəri davam edir.

Gununsesi.info