Ermənistanda arxiyepiskop saxlanıldı

  • By Ayshan
  • 04 Dekabr 2025 19:08

Eçmiədzin dəftərxanasının rəhbəri, arxiyepiskop Arşak Xaçatryan narkotik vasitələrin qanunsuz satışı şübhəsi ilə saxlanılıb.

 

Gununsesi.info xəbər verir ki, bu barədə “Armenia Today” portalına İstintaq Komitəsindən bildirilib.

 

İlkin istintaq çərçivəsində Ermənistan Cinayət Məcəlləsinin 393-cü maddəsinin 2-ci hissəsinin 1 və 4-cü bəndləri üzrə cinayət işi açılıb – narkotik vasitələrin əvvəlcədən əlbir olan şəxslər qrupu tərəfindən və ictimai yerdə qanunsuz satışı.

 

Gununsesi.info