Ermənistanda hərbi xidmətə yeni çağırılanlar artıq Qarabağa göndərilmir.
Gununsesi.info xəbər verir ki, bu barədə “Sputnik Armenia” yazır.
Sayt qeyd edir ki, hərbi xidmətə növbəti çağırış başlanıb və yeni çağırışçılar yalnız Ermənistan daxilindəki hərbi hissələrdə xidmət edəcəklər.
Əsgərlərin xidmət yerlərinin siyahısından Qarabağın adı çıxarılıb.
İşğal dövründə Qarabağda xidmət edən erməni əsgərlərin 95 faizi Ermənistan vətəndaşları idi. Razılaşmaya görə, müharibədən sonra Qarabağdakı erməni hərbi silahlı birləşmələr çıxarılacaq. Bunun fonunda Qarabağdakı separatçı “ordunun” ləğv ediləcəyi xəbərləri də yayılıb.
Gununsesi.info